Bakı
26.10.2021
Əsas vəzifə və öhdəliklər:
- Prosessinq fəaliyyəti istiqamətində müvafiq standartlara əsaslanmaqla layihə planlarının hazırlanması
- Şirkətin kommersiya və investisiya (inkişaf layihələri) layihələrinin beynəlxalq layihə idarəetmə standartlarına uyğun planlaşdırılması.
- Layihələrin plana uyğun icrasının monitorinqi
- Layihələrin gerçəkləşməsi çərçivəsində struktur bölmələri arasında qarşılıqlı əlaqələrin və effektiv kommunikasiyaların qurulması
- Layihələrin idarəetmə metodologiyasının, standartlarının müəyyən edilməsi, hazırlanması və işlənilməsinə dəstək
- Layihələrin vaxtında və onun icrasına ayrılmış büdcə çərçivəsində müvəffəqiyyətlə həyata keçirilməsinə nəzarət etmək
- Layihə idarə edilməsi proqramları üzərindən layihələrin statusun müəyyən etmək
- Layihələrin həyata keçirilən/keçiriləcək bütün işlərlə bağlı razılaşdırılmış formatda (hesabat, təqdimat və sair) və vaxtlarda rəhbərliyin məlumatlandırılması
Tələblər:
- Ali təhsil
- Sahə üzrə 3 ildən çox iş təcrübəsi (Prosessinq, Bank və ya İnformasiya Texnologiyaları sahəsində iş təcrübəsinin olması arzuolunandır)
- Azərbaycan, ingilis və rus dili bilikləri
- MS Project proqram təminatı üzrə yüksək səviyyədə biliklərə sahib olmaq
- Problem həll etmə və analitik düşünmə qabiliyyətinə malik olmaq
- PMP sertifikatının mövcudluğu arzuolunandır
- Ünsiyyət və təşkilati bacarıqlarının yüksək səviyyədə olması
- İş yükünü prioritetləşdirə bilmək, həmçinin müstəqil və komanda şəklində işləmək bacarığının olması
- İş qrafiki: 5 iş günü, 09:00-18:00
- İş yeri: Alı Mustafayev 5a
Seçim prosesi:
Müraciət etmək istəyən namizədlər CV-ləri subject bölməsində “Layihələrin idarə edilməsi şöbəsinin meneceri” qeyd etməklə göndərə bilərlər.
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq 2000-2500 AZN aralığında təyin ediləcəkdir.
Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |