21 C
Baku
Thursday, April 25, 2024

“Millikart” işçi axtarır – Maaş 2000-2500 AZN-dir

0
“Millikart” işçi axtarır – Maaş 2000-2500 AZN-dir
Bakı
26.10.2021

Əsas vəzifə və öhdəliklər:

  • Prosessinq fəaliyyəti istiqamətində müvafiq standartlara əsaslanmaqla layihə planlarının hazırlanması
  • Şirkətin kommersiya və investisiya (inkişaf layihələri) layihələrinin beynəlxalq layihə idarəetmə standartlarına uyğun planlaşdırılması.
  • Layihələrin plana uyğun icrasının monitorinqi
  • Layihələrin gerçəkləşməsi çərçivəsində struktur bölmələri arasında qarşılıqlı əlaqələrin və effektiv kommunikasiyaların qurulması
  • Layihələrin idarəetmə metodologiyasının, standartlarının müəyyən edilməsi, hazırlanması və işlənilməsinə dəstək
  • Layihələrin  vaxtında və onun icrasına ayrılmış büdcə çərçivəsində müvəffəqiyyətlə həyata keçirilməsinə nəzarət etmək
  • Layihə idarə edilməsi proqramları üzərindən layihələrin statusun müəyyən etmək
  • Layihələrin həyata keçirilən/keçiriləcək bütün işlərlə bağlı razılaşdırılmış formatda (hesabat, təqdimat və sair) və vaxtlarda rəhbərliyin məlumatlandırılması

Tələblər:

  • Ali təhsil
  • Sahə üzrə 3 ildən çox iş təcrübəsi (Prosessinq, Bank və ya İnformasiya Texnologiyaları sahəsində iş təcrübəsinin olması arzuolunandır)
  • Azərbaycan, ingilis və rus dili bilikləri
  • MS Project proqram təminatı üzrə yüksək səviyyədə biliklərə sahib olmaq
  • Problem həll etmə və analitik düşünmə qabiliyyətinə malik olmaq
  • PMP sertifikatının mövcudluğu arzuolunandır
  • Ünsiyyət və təşkilati bacarıqlarının yüksək səviyyədə olması
  • İş yükünü prioritetləşdirə bilmək, həmçinin müstəqil və komanda şəklində işləmək bacarığının olması
  • İş qrafiki: 5 iş günü, 09:00-18:00
  • İş yeri: Alı Mustafayev 5a

Seçim prosesi:

Müraciət etmək istəyən namizədlər CV-ləri subject bölməsində “Layihələrin idarə edilməsi şöbəsinin meneceri” qeyd etməklə göndərə bilərlər.

Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq 2000-2500 AZN aralığında təyin ediləcəkdir.

Yalnız ilkin seçimdən keçən şəxslərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər