15 C
Baku
Friday, March 29, 2024

Maliyyə meneceri – Shahdag Tourism Center CJSC

0
Maliyyə meneceri – Shahdag Tourism Center CJSC
Qusar
25.10.2021

İş yeri: Azərbaycan Respublikası, Qusar rayonu, Qusar-Ləzə avtomobil yolunun 29-cu kilometri

Əmək funksiyası:

  • Bütün satış və satınalmaları, maaşların verilməsini və mehmanxananın xərclərini izləyir və təsdiq edir;
  • Daxili yoxlamaların dəyərini və faydalarını şirkət işçilərinə və rəhbər heyətə başa salmaq və onlara bu sahədə məsləhətlər verə bilmək və şirkətin səmərəli fəaliyyətinə nail olmaq məqsədilə şirkət əməliyyatlarına aid maliyyə məlumatlarını təhlil edir. Maliyyə məlumatlarının başa düşülməsində bütün şöbələrin başçılarına yardım edir, onlara bu mövzuda və rentabelliyin maksimal həddə çatdırılmasına istiqamətlənmiş fəaliyyət kursu barədə onlara məsləhətlər verir;
  • Şirkətin fəaliyyətinə baxış keçirir və şirkətin fəaliyyətinə aid aylıq hesabatlar tərtib edir. İl ərzində aylıq, üç aylıq və altı aylıq gözlənilən nəticələr və büdcələr hazırlayır, bu nəticə və büdcələrdən önəmli yayınmalar və bu yayınmaların şirkətin fəaliyyətinə təsiri barədə rəhbərliyə məlumat verir;
  • Lazım olan proqnoz və büdcələri işləyib hazırlayır ( illik, yenidən nəzərdən keçirilmiş illik, aylıq və/və ya şirkətin rəhbərliyin tələbinə əsasən ). Şirkətin aktivlərinin təhlükəsizliyini təmin etmək məqsədilə daxili yoxlamalar təşkil edir və bu yoxlamalara nəzarət edir. Şirkətin gəliri, xərcləri, aktivləri və borc öhdəlilərinə nəzarət məqsədilə daxili nəzarət sistemi formalaşdırır;
  • Maliyyə Departamentinə  qəbul edilən işçiləri təlimatlandırır, onlara məsləhət verir və lazım gələrsə onlarla əlaqədar inzibati tədbirlər görür;
  • Lisenziya, icazə və sığorta polislərinin alınmasını və yerli, mərkəzi hökumətin qanunlarına uyğun olmasını təmin edir. Bütün müqavilə və sazişlərə nəzarət edir, bu müqavilə və sazişlərin şərt və müddəaları, gətirə biləcəyi faydalar barədə şirkətin rəhbər heyətinə məsləhətlər verir;
  • Nağd vəsaitlərin idarə edilməsi, o cümlədən nağd vəsaitlərin dövriyyəsinə aid hesabatların və lazım gələrsə, mehmanxananın maliyyə vəziyyətindəki dəyişikliklər barədə hesabatların hazırlanması üçün məsuliyyəti öz üzərinə götürür. Satınalma, nağd vəsaitlərdən istifadə, xərclər, inventar, şirkət avadanlıqları kimi məsələlərə nəzarət məqsədilə daxili maliyyə yoxlamaları sistemi təşkil edir və bu sistemdən istifadə edir;
  • Kapital xərclərə maliyyə nəzarətini təmin edir. Kapital qoyuluşu layihələrinin müəyyən olunmuş qaydada hazırlanması və maliyyə sahəsində gözlənilən nəticələri də nəzərə almasına çalışır. Kapital qoyuluşu layihələri həyata keçirildikdən sonra həmin layihələrlə əlaqədar audit yoxlaması təşkil edir;
  • Mehmanxananın fəaliyyətinin şirkətin siyasətinə, hökumətin qayda və nizamlamalarına uyğun olmasını təmin edir. Şirkət qaydalarına uyğun olaraq, aşkarladığı nöqsan və çatışmazlıqlar barədə birbaşa rəhbərə məlumat verir;
  • Balans hesabatındakı bütün hesabların bir-birinə uyğunlaşdırılmasının vaxtında başa çatdırılmasını təmin edir;
  • Maliyyə sənədlərinin saxlanılması sahəsində həyata keçirilən siyasətin şərtlərinə əməl edilməsinə çalışır;
  • Daxili və xarici audit proseslərinə yardım edir.  Qəbul edilmiş tövsiyələrin həyata keçirilməsini təmin edir;
  • Mühasibat uçotu ilə əlaqədar daxil olan sorğu və tələblərə vaxtlı-vaxtında cavab verilməsini və nəticə etibarilə müştəri məmnuniyyətini təmin edir;
  • Struktur bölmənin fəaliyyət dairəsinə daxil olan digər funksiyaları yerinə yetirir.

Bacarıqlar:

  • Təşkilati prosedurların bilməsi;
  • Öz fikrini ifadə etmək, problemləri müəyyənləşdirmək və həll etmək, işə aktiv və planlı yanaşmaq bacarığı;
  • Təzyiq altında işləmək bacarığı; stressə davamlı olması xüsusilə vacibdir;
  • İşi planlaşdırmaq və təşkil etmək bacarığı;
  • Güclü analitik və problemlərin həll edilməsi bacarıqları;
  • Güclü idarəetmə və liderlik bacarıqları

Təhsil:

  • Maliyyə/mühasibatlıq və ya biznesin idarə edilməsi sahəsində ali təhsil;
  • Qanunvericilik və normativ-hüquqi aktlar barədə biliklərin olması;
  • Biznes və şəxsi qərarların təşkilatın əsas fəaliyyət göstəricilərinə (KPI) olan təsirini başa düşmək.

Dil bilikləri:

  • Azərbaycan dili mütləq;
  • İngilis və Rus dillərini bilməsi arzu olunandır

İş təcrübəsi:

  • Maliyyə və ya mühasibatlıq sahəsində ən azı 5 il təcrübəsi;
  • Vergi qanunvericiliyi sahəsində dərin biliklərə malik olmalı, müvafiq dəyişiklikləri daim izləməli və vaxtına tətbiq etməli;
  • MS Office proqramlarını yüksək səviyyədə bilməli;
  • ERP proqramlarında işləmək bacarığı olmalı;
  • Analitik təhlil və riyazi hesablamaları apara bilməyi bacarmalı.
  • Otel sahesində təcrübəsi zəruridir;

Büdcədə nəzərdə tutulan NET əmək haqqı: 2400 AZN

Necə müraciət etməli:

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Maliyyə meneceri” göstərilməsi xahiş edilir, əks halda müraciətlərinizə baxılmayacaq.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

İşin aid olduğu sahə

KateqoriyaMenecer