6 C
Baku
Sunday, December 15, 2024

Mühasib – AR Dövlət Turizm Agentliyinin yanında Qoruqların İdarəetmə Mərkəzi

0
Mühasib – AR Dövlət Turizm Agentliyinin yanında Qoruqların İdarəetmə Mərkəzi
16.09.2019

İşəgötürən:  Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin yanında Qoruqların İdarəetmə Mərkəzi
Vəzifə: Mühasib

Namizədə aid tələblər:

• Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
• Müvafiq sahədə 3 ildən çox iş təcrübəsi;
• Mühasibatlıqla bağlı bütün yerli qanunvericiliyi mükəmməl bilməli;
• Maliyyə hesablaşmalarının forma və qaydalarını mükəmməl bilməli;
• Muvafiq hökümət elektron portalları ilə mükəmməl işləyə bilməli;
• Dövlət satınalmaları və dövlət xəzinədarlığı ilə iş təcrübəsi;
• Beynəlxalq mühasibatlıq bilgiləri;
• Məlumatların məxfiliyini qoruyub saxlamaq bacarığı.
• Planlaşdırma, koordinasiya , analitik düşünmə qabiliyyəti;
• Fərdi və kollektivdə işləmə qabiliyyəti

İş barədə:

• Mərkəzin mаliyyə hеsаbаtının hazırlanması və mаliyyə göstəricilərinin təhlili;
• Maliyyə nəticələrinin təhlili;
• Dövriyyə vəsaitlərinin idarə edilməsi;
• Dövri olaraq maliyyə büdcələrinin hazırlanması və icrasına nəzarət;
• Aylıq, rüblük, illik maliyyə planlarının hazırlanması;
• Aktivlərin və öhdəliklərin idarə edilməsi;
• Pul vəsaitlərinin hərəkətinə nəzarət.
• Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək
• Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək
• Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək
• Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək
• Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək
• İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək
• Kreditor və debitorlarla hesablaşmalar;
• Hüquqi və fiziki şəxslərin vergi ödəmə şərtləri, əskiklərin, debitor borc və digər itkilərin mühasibat balansından qanuni silinməsi

İş qrafiki:

Həftəiçi 5 gün, saat 09:00-18:00.
Çalışma yeri: Bakı şəhəri
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına “Mühasib” başlığı ilə göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaMühasib