17 C
Baku
Sunday, May 19, 2024

Mühasib – Azimut LLC

0
Bakı
15.10.2020

Azimut MMC – İş təklifi – Reklam Poliqrafiya – Mühasib

VƏZIFƏ ÖHDƏLIKLƏRI VƏ TƏLƏBLƏR:

• ÖHDƏLİKLƏR

o Müqavilələrin, protokolların və ödəmə hesablarının hazırlanması,
o Kreditor və debitorlar ilə hesablamaların uçotunun aparılması,
o Hesab-faktura və alış sifarişlərinin işlənməsi zamanı yaranan problemləri araşdırmaq və həll etmək,
o Hesabların müxabirləşməsini nəzərdən keçirmək, araşdırmaq, səhvlikləri və uyğunsuzluqları düzəltmək,
o Tədarükçülər/Müştərilər ilə hesabatlara nəzarət etmək və rəhbərliyə təqdim etmək,
o Ayın bağlanmasının koordinasiya edilməsi və baş kitabla üzləşdirilməsi,
o Sistemə yeni müştərilərin məlumatlarını əlavə etmək,
o Rəhbərliyin istəyinə uyğun hesabatlarının hazırlanması,
o Gündəlik və aylıq satış hərəkətini əks etdirən sənədlərin yazılması və yoxlanması,
o Mədaxil və məxaric sənədləri əsasında kassa jurnalının aparılması,
o Şirkətin müxtəlif mədaxil, məxaric orderlərı, ciddi hesabat blankları və s. rəsmi sənədlərin doldurulmasına və hərəkətinə nəzarət edir,

• TƏLƏBLƏR

o Ali təhsil
o Azərbaycan dilində mükəmməl səviyyədə bilmək,
o Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək
o Mühasib kimi iş təcrübəsi
o e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək bacarığı;Yüksək səviyyədə punktuallıq,
o İnternet Banking sistemindən istifadə;Yazılı komunikasiya imkanlarının yüksək səviyyədə olması.
o Mühasibat uçotunun metodikasının biliyi,
o Mühasibat hesablaşmaları üzrə təcrübə,
o Əmək və vergi qanunvericiliyinin əsaslarının biliyi,
o Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq

İŞ ŞƏRTLƏRİ:

• Əmək haqqı başlanğıc (Net alacaq rəsmi maaş 500 AZN)
• Nahar şirkət tərəfindən qaşrılanmır
• Adaptasiya müddəti ödənişlidir (2 ay) və maaşı tam ödənilir
• Digər vəzifə perspektivləri də var
• İş yeri: Bakı ş. ərazisi
• İş vaxtı 9.00 – 18.00, şənbə günü 10.00 – 16.00
• İlkin məlumatlandırma tam olaraq həyata keçiriləcək

Ofis ünvanı – Lermontov küçəsi 3, Nazirlər Kabinetinin qarşısı

(Dağüstü Park girişi ilə Nazirlər Kabineti Parkı arasında yerləşən ərazi).

E-mail: İ[email protected]

İşin aid olduğu sahə

KateqoriyaMühasib