21 C
Baku
Monday, May 27, 2024

Mühasib – Sinteks Group of Companies

0
Mühasib – Sinteks Group of Companies
Bakı
23.09.2021

1996-cı ildə əsası qoyulan Sinteks Şirkətlər Qrupu, Qafqaz və Orta Asiyanın ən böyük və uğurlu pərakəndə satış şirkətlərindən biridir. Sinteks 100-dən çox dəb, zərgərlik, parfumeriya ve kosmetika, ev əşyaları mağazalarını və 10-a yaxın kafeteriya filialını idarə edir. Şirkət lüks, premium və kütləvi bazar seqmentlərində beynəlxalq markaları təmsil edir.

Sinteks Şirkətlər qrupuna hal hazırda Mühasib tələb olunur.

Vəzifənin rolu:

Bu vəzifənin rolu şirkətin maliyyə uçotunu qanunvericiliyə uyğun olaraq aparmaqdır.

Vəzifə öhdəlikləri:

• Daxil olan ilkin sənədlər əsasında məlumatları mühasibat uçotu proqramına daxil edir
• Kreditor və debitorlarla hesablaşmaları aparır
• Pul vəsaitinin hərəkətini eyni zamanda yerli/xarici ödənişləri icra edir və uçotunu aparır
• Mühasibat sənədərini arxivləşdirir
• Hesab-fakturalarını hazırlayır
• Nağd və qeyri-nağd əməliyyatların uçotunu təşkil edir
• Daxil olan sorğulara əsasən sifariş olunan malların sistemdə yerləşdirilməsi və buna aid ödənişlərin icra olunması
• İşçilərin aylıq əmək haqlarını, mükafatlarını, məzuniyyət haqlarını, xəstəlik vərəqələri və son haqq-hesab ödənişlərini hesablayır
• Əmək haqqı üzrə hesablamaların mühasibat proqramında uçotunu aparır
• Əmək haqqı ilə bağlı Vergilər Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlayır
• İşə qəbul prosesini icra edir
• Menyu məsrəflərinin aparılması
• Daxili maliyyə hesabatların hazırlanması

Əsas tələblər:

Təhsil:
• İqtisadiyyat, Maliyyə üzrə Ali təhsil

Təcrübə:
• Maliyyə və Mühasibat sahəsində 3 illik təcrübə

Professional Biliklər:
• Vergi Məcəlləsi – əsas baza biliyi
• Mühasibatlıq
• MS Office Proqramları
• Mühasibat uçotu
• Vergi Məcəlləsi və Əmək Məcəlləsi (Əmək haqqı ilə əlaqəli)

Professional Bacarıqlar və Kompetensiyalar:
• Zamanın idarə olunması
• Detallara diqqət
• Analitik düşüncə
• Məsuliyyət

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər, Mühasib