13 C
Baku
Thursday, May 16, 2024

Mühasib – SOCAR

0
Mühasib – SOCAR
Bakı
17.11.2023

Vakansiyanın təsviri

• Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları yerinə yetirmək, maddi, əmək və maliyyə ehtiyyatlarından səmərəli istifadə edilməsinə nail olmaq üçün itgilərin əmələgəlmə səbəblərini və qeyri məhsuldar xərclərin mənbəyini üzə çıxarmaq;
• Əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, göstərilən nəqliyyat və xüsusi texnika xidmətlərin hesabını aparmaq;
• İdarənin anbarı üzrə mal-material uçotunu aparmaq;
• İşin (xidmətin) maya dəyəri və kalkulyasiyasını tərtib etmək;
• İtgilərin əmələgəlmə səbəblərini və qeyri-məhsuldar xərclərin mənbəyini üzə çıxarmaq və təkliflər hazırlamaq;
• İdarənin bölmələrində inventarizasiyanın aparılmasını həyata keçirmək;
• Qəbul olunmuş pul vəsaitlərinin, əmtəə maddi-qiymətlilərin və əsas fondların hesabını düzgün tərtib etmək, onların hərəkəti ilə bağlı əməliyyatları mühasibat uçotunda vaxtında əks etdirmək;
• Materialların, yanacağın, elektrik enerjisinin, qazın, pul vəsaitinin sərf olunmasının düzgünlüyünə, məxaric smetasına riayət olunmasına, ilkin sənədlər əsasında hesabat tərtibinin aparılmasını həyata keçmək;
• Hesabat tərtib etmək üçün mühasibat uçotunun müxtəlif sahələri üzrə məlumat hazırlamaq;
• Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatdan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçməsində iştirak etmək;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına riayət etmək;
• Xidmət rəisinin tapşırıqlarını yerinə yetirmək.

Xüsusi tələblər

• Ali bakalavr / Müvafiq sahə üzrə 1 İl / Müvafiq sahə üzrə
• Məsuliyyət
• Nizam-intizam
• Dürüstlük
• Etik davranış
• Peşəkarlıq
• Şifahi özünüifadə
• Microsoft Excel
• Microsoft Outlook
• Microsoft Word
• Mühasibat hesabının təşkili və hesabatın tərtibi üçün metodik, normativ və başqa rəhbər materialları;
• Təsərrüfat-maliyyə fəaliyyətinin iqtisadi təhlil metodlarını;
• İstehsalın təşkilini və iqtisadiyyatını;
• Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat sistemində əks olunma
qaydasını;
• Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə normalarını.

İşin aid olduğu sahə

KateqoriyaMühasib