10 C
Baku
Thursday, December 12, 2024

Müştəri xidmətləri və qəbul otağının mütəxəssisi – Rəvan Sığorta ASC

0
Müştəri xidmətləri və qəbul otağının mütəxəssisi – Rəvan Sığorta ASC
18.09.2019

“Rəvan Sığorta” ASC Müştəri xidmətləri və qəbul otağının mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

İş yeri – Bakı şəhəri  
Yaş həddi – 22-30 
Təhsil – Ali 
İş təcrübəsi – 1 ildən yuxarı

Email: [email protected]


İş barədə məlumat

– Şirkətə daxil olan müştərilərin və digər şəxslərin qarşılanması;
– Buraxılış sənədlərində qeydiyyatın aparılması;
– Şirkətə ünvanlanmış telefon zənglərinə cavab verilməsi;
– Şirkətin müştəri bazasının formalaşdırılması və onun təhlili;
– Online (real vaxt rejimində) sualların cavablandırılması, şikayət və təkliflərin qeydə alınması;
– Müştərilərlə bağlı aylıq hesabatın hazırlanması;
– Müştəri məmnuniyyətinin ölçülməsi üçün müştərilərlə əlaqə saxlanılması;
– Müştərilərə xidmət səviyyəsinin yerində ölçülməsi və çatışmazlıqların aradan qaldırılmasıyla bağlı təkliflərin verilməsi.

– İş qrafiki: həftənin 5 günü, saat 09:00-18:00;
– Əmək haqqı iş təcrübəsindən asılı olaraq 450-630 manat

Namizədə dair tələblər

– Ali təhsilli və ən azı 1 il iş stajı;
– Xoş xarici görünüş, məsuliyyətli və işində dəqiq;
– Azərbaycan və rus dilləri mükəmməl, ingilis dili – orta;
– Digər tələblər: insanlarla ünsiyyətin əsaslarını, etik davranış və sənədlərlə iş qaydalarını bilməlidir.

Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaƏməliyyatçı, Sığorta