16 C
Baku
Saturday, April 13, 2024

Nəqliyyat üzrə mütəxəssis – Yelo Bank

0
Nəqliyyat üzrə mütəxəssis – Yelo Bank
Bakı
28.09.2020

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəsisslərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Təsərrüfat və avtoparkın idarəedilməsi şöbəsinin mütəxəssisi” vakansiyalarını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Nəqliyyat üzrə mütəxəssis” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.

Vəzifə öhdəlikləri:

• Banka məxsus olan nəqliyyat vasitələrinin siyahılaşdırılması, həmin nəqliyyat vasitələrinin sənədlərinin (texniki pasport, sürücülük vəsiqəsi, icbari sığorta, yol vərəqəsi vəyaxud etibarnamə) düzgünlüyünün təqib olunması, əskikliklər barəsində lazımi bölmələrin məlumatlandırılması
• Nəqliyyat vasitələri istismara verilmədən öncə sürücüyə təhvil-təslim olunması, sürücülərə lazımi təlimatların verilməsi
• Banka məxsus olan nəqliyyat vasitələrinin nasazlıqlarını aşkarlamaq üçün yoxlamalar keçirmək və nasazlıqların vaxtında aradan qaldırılması üçün lazımi tədbirlər görmək
• Nəqliyyat vasitələrinin ümumi baxım və təmir işləri ilə əlaqədar məsələlərin həyata keçirilməsi, nasazlıqların araşdırılması, lazımi tədbirlərin görülməsi üçün təyin olunmuş təmir emalatxanasına (servis) yönəldilməsi
• Nəqliyyat vasitələrinin təmiri və baxımı ilə əlaqədar uyğun servis təkliflərinin alınması, qiymət razılaşdırma protokollarının hazırlanması, rəsmi texniki xidmət müqavilələrinin hazırlanması
• Nəqliyyat vasitələrinin təmiri ilə bağlı olaraq əvvəlcədən lazımi təmir emalatxanaları təyin etmək, dəyişiləcək hissələr və görüləcək işlər üçün uyğun qiymət təkliflərinin alınması, qarşılıqlı razılaşma (müqavilə əsasında) fəaliyyətin təmin edilməsi
• Nəqliyyat vasitələrinin mütəmadi olaraq yağ dəyişmə vaxtlarına diqqət yetirmək, hissə dəyişimi üçün ilkin olaraq dəyişiləcək ehtiyat hissələrinin gözdən keçirilməsi
• Bankdaxili sifariş əsasında struktur bölmələri nəqliyyat vasitələri ilə təmin olunması
• Banka aid olan nəqliyyat vasitələri üçün yanacağın hesabatının hazırlanması, yanacağın uçotunun aparılması
• Bank daxilində nəqliyyat işləri ilə əlaqədar məsələlərin həll olunması, sənədləşmənin düzgün təqib olunması və həyata keçirilməsi
• İstifadə olunan nəqliyyat vasitələrinin istismarı üzrə təlimatlara, dövlət yol hərəkəti qaydalarının bütün tələblərinə şərtsiz riayət olunmasına nəzarət etmək
• Davamlı olaraq Banka aid olan nəqliyyat vasitələrinin marşrut üzrə hərəkətinə nəzarət etmək
• Şirkətin siyasət, təlimat və xidməti standartlarına / qaydalarına riayət etmək

Tələblər:

• Ali texniki və ya orta-ixtisas təhsili olması
• Nəqliyyat vasitəsinin ehtiyat hissələri və təmiri barədə biliklərin olması
• Ən azı B kateqoriyalı sürücülük vəsiqəsinə malik olmalı
• Məsuliyyətlilik, dəqiqlik, operativlik və problemi həll etmə bacarığı
• Azərbaycan və Rus dillərində səlis danışmaq bacarığı
• Komandada işləmək bacarığı və stresə dözümlülük

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi