16 C
Baku
Monday, April 29, 2024

PL/SQL Developer – Ziraat Bank Azərbaycan ASC

0
PL/SQL Developer – Ziraat Bank Azərbaycan ASC
Bakı
16.03.2021

Ziraat Bank Azərbaycan” ASC İnformasiya Texnologiyaları departamentində “PL/SQL Developer” vəzifəsinə işə dəvət edir

Vəzifəyə olan tələblər:

• İnformasiya Texnologiyaları ixtisası üzrə Bakalavr və ya Magistr dərəcəsində ali təhsil;
• Analitik təfəkkür və alqoritmik düşünmə qabiliyyəti;
• Bank sektorunda minimum üç il iş təcrübəsi;
• Yaxşı səviyyədə Oracle SQL və PL/SQL proqramlaşdırma dilləri bili;
• Mövcud məlumatları, cədvəlləri, sorğuları, saxlanılan prosedurları, hesabatları və s. (packages, procedures, pipeline functions, indexes, materialized views, bulk collection) təhlil etmək bacarığı;
• Performansın tənzimlənməsi və sorğu optimallaşdırılması təcrübəsi;
• JSON obyekt tipi ilə işləmək bacarığı;
• SQL, PL/SQL sahəsində minimum bir il iş təcrübəsi;
• DWH (Data Warehouse) üzrə biliklər;
• Əlaqədar sahələrdə sertifikatın olması üstünlükdür;
• Hər hansı obyekt yönümlü proqramlaşdırma dillərindən birini bilməli;
• MS Excel bacarıqlarının yüksək səviyyədə olması arzuolunandır;
• Rus və ingilis dillərində yazışma və ünsiyyət səviyyəsində biliklər;
• Yeni məlumatları tez anlamaq, saxlamaq və tətbiq etmək bacarığı, sürətli öyrənmə bacarığı;
• İş prosedurlarına dair texniki sənədlər hazırlamaq bacarığı;
• Daxili bank sistemində lazımi konfiqurasiyaların aparılması.

Əsas vəzifələr:

• İstifadəçilərin tələblərinə cavab verən yeni statistik və analitik hesabatların tərtib olunması və mövcud hesabat sorğularının dəstəklənməsi;
• Hesabat məlumatlarının reallığının yoxlanılması;
• Mövcud sorğular üçün optimallaşdırma çalışmasının (performance tuning) edilməsi;
• Texniki spesifikasiyaların hazırlanması;
• Davamlı olaraq problem həlləri təklif edilməsi və MIS, MKR hesabatı ilə bağlı istifadəçi suallarına/problemlərinə cavab verilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər aprel ayının 15-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “PL/SQL Developer” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, İT