“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir.
Hal hazırda aktiv olan vakansiya: Qrafik dizayner.
Əsas vəzifə öhdəlikləri:
• Kommunikativ dizayn: ideyaların, kommunikasiya həllərinin və tədbirlər konseptlərinin hazırlanması;
• Brendinq: mövcud olan şirkət stilinin inkişafı; UX / UI əsaslarından istifadə edərək, yeni məhsullar üçün vizual konsepsiyaların, kreativ dizaynların və qaydlaynların hazırlanması;
• Reklam: dizaynın, layout və geniş təyinatlı materialların hazırlanması (key-visual, çöl reklamın maketləri, POSM, rəqəmsal bannerlər və digər onlayn / offlayn daşıyıcılar); animasıyalı bannerlər yaradılması; vendor tərəfindən görülən hər bir iş proseslərinin nəzarəti;
• Foto və video: müasir avadanlıqları ilə istifadə bacarığı; sadə xarakterli çəkilişlərin edilməsi, materialların lazım olan format üçün adaptasiyası; bu sahədə olan autsors işlərin koordinasiyası;
• Təqdimatlar: yüksək səviyyəli tədbirlərə uyğun olaraq təqdimatların konsepsiyaları, dizayn, layout, adaptasiya və qaydlaynlar üzrə lazımı işlərin aparılması;
• İnfoqrafika: böyük layihələrin mətnli olan biznes təsvirlərinin aydın şəkildə vizualizasiyası;
• İllüstrasiya: vektor və bitmap illüstrasiyalarının hazırlanması (tədbirlər, suvenir və reklam məhsullar).
Tələblər:
• Peşəkar səviyyədə biliklər: Adobe Photoshop, Adobe Illustrator, Adobe Lightroom, Adobe InDesign, Coral Draw, PowerPoint (KeyNote, Google təqdimatlar);
• Adobe Dimension, Adobe After Effect, Adobe Premier Pro, Adobe XD bilikləri böyük üstünlükdür;
• Çoxvərəqli maketlərinin layout və 3D obyektlərinin hazırlanması prinsipləri bilikləri;
• Tipoqrafiya məhsullarını çap və son işlənmə əsas texnoloqiyalardan qabaqcıl anlayışı;
• Vektor illüstrasiyaların cəkilməsi bacarıqları;
• Kreativlik, dünya trendlərinin müasir stillərini hiss etmə talantı;
• Detallara diqqətlilik, müstəqil və komandada işləmə bacarıqları;
• İri həcmli işin öhdəsindən gəlmək hazırlığı və stressə davamlılıq;
• Azərbaycan və rus dillərinin mükəmməl bilməsi; ingilis dilinin orta və ya texniki bilikləri;
• Peşəkar inkişafa meyil göstərmək, müasir trendlərin və uğurlu marketinq təcrübələrin izlənməsi;
• Ali təhsil, minimum 1 il iş təcrübəsi (habelə frilanser şəkilində);
• Kreativ və brendinq agentliklərdə olan təcrübə böyük üstünlükdür;
• Portfolio mövcudluğu mütləqdir.
Namizədlərdən CV-lərini “Qrafik dizayner” mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |