16 C
Baku
Saturday, April 27, 2024

Rəqəmsal bank məhsulları üzrə analitik – Bank Respublika

0
Rəqəmsal bank məhsulları üzrə analitik – Bank Respublika
Bakı
14.07.2021

“Bank Respublika” ASC Rəqəmsal bank məhsulları üzrə analitik vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

  • Web tətbiqlərin işlənilməsi üzrə texniki tapşırıqların hazırlanması;
  • Web tətbiqlərin funksional testi (front-end və back-end);
  • Web tətbiqlərin keyfiyyətinə nəzarət edilməsi;
  • Xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması;
  • Layihə və texniki sənədlərlə işin aparılması.

 

Namizədə qarşı tələblər:

  • Ali təhsil
  • İş təcrübəsi: texniki tapşırıq və biznes proseslərinin təhlili əsasında Web tətbiqinin hazırlanması, onların testdən keçirilməsi, düzəlişlərin edilməsi, layihələrin hazırlanması və icrası üzrə arzuolunandır;
  • Bank məhsulları haqqında biliklər;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri əla, İngilis dili arzuolunandır;
  • Məlumatlar əsasında təhliletmə və düzgün qərarvermə bacarığı;
  • Fikrini düzgün və dolğun çatdırmaq bacarığı;
  • Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
  • Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 iyul 2021-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Rəqəmsal bank məhsulları üzrə analitik”  şəklində göstərməyiniz xahiş olunur.  Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, İT