20 C
Baku
Sunday, May 12, 2024

Satnalama üzrə mütəxəssis – Azəristiliktəchizat ASC

0
Satnalama üzrə mütəxəssis – Azəristiliktəchizat ASC
Bakı
17.01.2024

Vəzifə öhdəlikləri:

  • İllik satınalma planının hazırlanmasını və qanunda müəyyən edilmiş müddət ərzində dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsini təmin etmək;
  • “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsini təmin etmək;
  • Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
  • Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması, görüşlərin təşkil edilməsi;
  • Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə təmin edilməsi;
  • Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
  • Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
  • Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
  • Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi;
  • Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və ehtiyacların müəyyən olunması;
  • Hesabatların hazırlanması və analiz olunması;

Namizədlərə tələblər aşağıdakı kimidir:

  • Ali təhsil( İqtisadiyyat, Maliyyə, Biznesin idarə olunması arzu olunandır);
  • Dövlət satınalmaları üzrə azı 3 il iş təcrübəsi ;
  • İstehsalat sahələri üzrə satınalmalarda təcrübəyə üstünlük verilir;
  • Microsoft Excel ilə yüksək səviyyədə işləmə bacarığı;
  • Azərbaycan dili – sərbəst; rus və ya ingilis dilləri üstünlük hesab edilir;
  • Məsuliyyətlilik və hesabatlılıq;
  • Analitik düşünmə və qərarvermə qabiliyyəti;
  • Ünsiyyətcil və kollektivdə işləmə bacarığı.

İş mühiti:

  • Vəzifə funksiyaları təsdiq olunmuş vəzifə təlimatlarına əsasən “Azəristiliktəchizat” ASC-nin ofis mühitində icra olunur.
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı təklif olunur.
  • İş vaxtı- Bazar ertəsi-Cümə, 08:30-17:30

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə  “Satınalma üzrə mütəxəssis” yazaraq 31.01.2024-cü il tarixinə kimi email ünvanına göndərmələri xahiş olunur.  [email protected]

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər