Bakı
15.11.2023
Vakansiyanın təsviri
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
- Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
- Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 14 noyabr 2023-cü il 28 noyabr 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
- Sektorun işini təşkil edir və ona rəhbərlik edir;
- Tabeliyində olan işçilər arasında cari iş bölgüsünü aparır;
- Palatanın mühasibat uçotunun təşkili və aparılması, o cümlədən maliyyə hesabatlarının hazırlanması işlərini yerinə yetirir və müvafiq orqanlara təqdim edir;
- Mühasibat əməliyyatlarında hesablara müxabirləşmələr verir;
- Əmək haqqının qanunvericiliyə müvafiq olaraq hesablanmasına nəzarət edir;
- Mühasibat məlumatlarının, ilkin uçot sənədlərinin, mühasibat uçotu reyestrlərinin və digər uçot sənədlərinin məzmununun məxfiliyini qoruyur;
- Əsas vəsaitlərin inventarlaşdırılmasının aparılmasını təşkil edir;
- Statistika, vergi, maliyyə və s. hesabatların düzgün hazırlayır və vaxtında aidiyyəti orqanlara təqdim edir;
- Şöbənin aylıq, rüblük və illik fəaliyyətini əks etdirən hesabatları hazırlayır;
- Mal-materialların, cihazların, avadanlıqların və digər inventarların verilməsini təşkil edir;
- Mal və materialların (işlərin və xidmətlərin), əsas vəsaitlərin, inventarların və avadanlıqların alınması üçün ehtiyacı öyrənir;
- Hesabat ilinin sonuna yaxın malsatanlarla debitor və kreditor borclara dair üzləşdirmə aktlarını tərtib edir, əmlakın alınmasına dair bank sənədlərinə (ödəniş tapşırığı) nəzarət edir;
- Dövlət büdcəsində təsdiq olunmuş göstəricilərə uyğun olaraq xərclərin bölüşdürülməsi, xərc smetalarının müvafiq qaydada tərtib və icra edir;
- Xəzinə və bank əməliyyatlarını təşkil edir;
- Sektor üzrə dövlət qulluğu vəzifələrinə dair vəzifə təlimatlarını hazırlayır;
- Sektorda qulluq keçən dövlət qulluqçularının peşə hazırlığı, təkrar hazırlığı və ixtisaslarının artırılması ilə bağlı ehtiyaclarının təhlil edilməsi işini təmin edir, onların ixtisasının artırılması və təkmilləşdirilməsi barədə təkliflər verir;
- Sektorda əmək və icra intizamına, qulluq reqlamentinə və etik davranış qaydalarına əməl edilməsinə nəzarət edir;
- Tabeliyində olan işçilər barəsində intizam tənbehi və ya mükafatlandırma tədbirlərinin həyata keçirilməsi barədə şöbə müdirinə təqdimat verir;
- Qanunvericiliyə və rəhbərliyin tapşırığına əsasən səlahiyyətləri daxilində Palatanın dövlət orqanları, idarə, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslərlə münasibətdə təmsil edir;
- Müəyyən edilmiş qaydada tabeliyindəki dövlət qulluqçularının xidməti fəaliyyətlərinin qiymətləndirilməsini təmin edir;
- Şöbə müdiri olmadıqda onu əvəz edir;
- Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir;
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş və Palatanın rəhbərliyi tərəfindən verilmiş digər vəzifələrin yerinə yetirir
Xüsusi tələblər
- Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə ali təhsil
- İş stajına dair tələblər: dövlət qulluğunda 6 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı və yaxud 9 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
- Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə – orta səviyyədə
- Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;Rus dili-B1;
- Müsahibədə iştirak etmək hüququ verən PMS sertifikatı İctimai sektor üzrə 2 -ci səviyyə peşəkar mühasib sertifikatı
İşin aid olduğu sahə
Kateqoriya | Digər şirkətlər |