Vəzifə: System Administrator
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
İş yeri: Bakı
Namizədə dair tələblər:
• Ali texniki təhsil;
• Rus və ingilis dilini bilənə üstünlük veriləcək;
• Müvafiq sahədə minumum 2 il iş təcrübəsi (Sığorta sahəsi üzrə arzuolunandır);
• Şəbəkə protokolları (TCP/IP, UDP, ICMP və s.)
• Windows Server 2012 (DC, DNS, DHCP, VPN, İİS kimi servislərin quraşdırılması və idarə olunması), SQL, 1C, Antivirus, Print, File, Application servers, Asan imza, Exchange, WSUS, Proxy Server and Windows 10 client;
• Komandada işləmək bacarığı və məsuliyyətlilik;
Vəzifə öhdəlikləri:
• IT İnfrasturkturun – server, iş stansiyaları, avadanlıq və proqram təminatınn fasiləsiz fəaliyyətini təşkil və təmin etmək;
• Server və iş stansiyalarına proqram təminatının yüklənməsi və serverdə sistemin konfiqurasiya olunması;
• Server və iş stansiyalaının proqram təminatının inteqrasiyasını təmin etmək;
• Fayl serverin, verilənlər bazasının idarə olunması serverlərinin, update serverləinin, antivirus serverlərinin və onların proqram təminatının fasiləsiz işini təmin etmək;
• Server avadanlıqarı və server proqram təminatına texniki xidmətin göstərilməsində, baş verən nasazlıqların aradan qaldırılmasında iştirak etmək;
• Monitorinq və loqlamaların düzgün şəkildə aparılmasını təmin etmək, monitorinq nəticələrinə əsasən infrastrukturun inkişafı ilə bağlı təkliflər hazırlamaq;
• Server proqram təminatının işlək vəziyyətdə olmasını və təhlükəsizliyini təmin etmək;
• Sistemlərə girişlərin, sistem faylları və verilənlərə baxış və dəyişikliklərin təhlükəsizliyini təmin etmək və audit aparmaq;
• Sistemlərdə təhlükəsiz işi təmin etmək: məlumatlara icazəsiz girişlərin əldə edilməsi, sistem faylları və verilənlərin baxılması və dəyişdirilməsi hallarının qarşısını almaq üçün təhlükəsizlik tədbirlərini həyata keçirmək;
• Müasir tələblərə uyğun backup texnologiyalarını tətbiq etməklə verilənlərin etibarlı rezerv olunmasını təmin etmək;
• İstifadəçilərin qeydiyyatının aparılması (domain controller-də), user identifikasiya və parolların təyin edilməsi;
• Şəbəkə resurslarının istifadəsinə nəzarət etmək;
• Korporativ elektron poçt sisteminin təşkili və fasiləsiz fəaliyyətinin təmin olunması;
• Server və server avadanlıqlarnın quraşdırılmasını, diaqnostikanı həyata keçirmək, baş verən nasazlıqları aradan qaldıraraq server və server proqram təminatının fəaliyyətini bərpa etmək;
• Server və server avadanlıqlarının aktual modernizasiya məsələlərini həyata keçirmək;
• İnfrasturkturda kənar şirkətlərin (ehtiyac olarsa) avadanlıq və proqram təminatnın quraşdırılmasında iştirak etmək və prosesə nəzarət etmək;
• Nasaz server və server avadanlıqlarının təmiri və yenisinin bərpası üçün aktların hazırlanması;
• Daimi şəkildə server və server avadanlıqlarının monitrinqini aparmaq, loqlama aparmaq;
• Məlumatların saxlanmasını və konfidensiallığını təmin etmək;
• İnfrasturktur üçün texniki səndələşmənin təşkili və sistemdə edilən dəyişikliklərin qeydiyatının aparılması;
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (System Administrator) qeyd edərək, [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.
İşin aid olduğu sahə
Kateqoriya | İT, Sığorta |