11 C
Baku
Sunday, March 3, 2024

Təcrübə proqramı (Gəncə filialı) – Azər Türk Bank

0
Təcrübə proqramı (Gəncə filialı) –  Azər Türk Bank
Gəncə
26.05.2021
Təcrübə proqramı
Vakansiya haqqında məlumat:

 

Gəncə filialı Təcrübə proqramı

Karyerasına Bank sektorunda başlamaq istəyən namizədlər üçün Azər Türk Bankın Gəncə filialında təcrübə keçmək fürsəti yaratdıq!

Namizədə olan tələblər

  • Sonuncu kurs tələbələri, yeni məzunlar, həmçinin təcrübə toplamaq istəyən namizədlər
  • Səlis Azərbaydan dili biliyi, xarici dil bilikləri üstünlükdür
  • İş təcrübəsi tələb olunmur
  • Yeniliklərə açıq və inkişafa meyilli
  • Yüksək ünsiyyət qurmaq və komanda tərkibində işləmək bacarığı
  • Məsuliyyətli, səbrli və müştərilərlə işləməyə həvəsli olmaq
  • MS Office proqramlarından istifadə bacarığı

Vəzifə öhdəlikləri

  • Banka daxil olan müştərilərə yüksək səviyyəli bank xidmətlərinin göstərilməsi
  • Bankın məhsul və xidmətləri barədə müştərilərə məlumatların verilməsi
  • Müştərilərə xidmət prosesində meydana çıxan məsələlərin həlli üzrə işləri koordinasiya etmək
  • Şöbənin fəaliyyətindən irəli gələn digər vəzifələri icra etmək

Qeyd: Təcrübəni uğurla yekunlaşdıran namizədlərin daimi işlə təmin olunması nəzərdə tutulur.

CV-lərinizi atb.az saytının karyera bölməsinə keçid edərək və ya “Gəncə-Təcrübə proqramı” qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərərək komandamızın üzvü olmaq üçün ilk addımı ata bilərsiniz.

İşin aid olduğu sahə

KateqoriyaTəcrübə proqramları