6 C
Baku
Monday, December 16, 2024

Tibbi xidmətlər şöbəsində assistent – PAŞA Sığorta

0
Tibbi xidmətlər şöbəsində assistent – PAŞA Sığorta
16.10.2019

“PAŞA Sığorta” ASC namizədləri “Tibbi xidmətlər şöbəsində assistent” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• İş günü ərzində sığorta hadisələri ilə bağlı müraciətlərin müvafiq tibb müəssisələrinə yönləndirilməsi
• Ehtiyac yarandığı hallarda və ya birbaşa rəhbərin göstərişi ilə müştərilərdən gələn zənglərin cavablandırılması, sual və sorğuların cavablandırılması, şikayətlərin həll edilməsi və məsləhətlərin verilməsi
• Sığorta olunan şəxslərin maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin sığorta şöbələrinin nümayəndələri və müalicə həkimləri ilə bilavasitə danışıqların aparılması;
• Tibbi sığorta üzrə baş vermiş sığorta hadisələrinin ilkin tənzimlənməsi üzrə işlərin aparılması, sığorta olunanların müraciət faktları ilə bağlı tibb müəssisələrindən daxil olan məlumatların daxili elektron sistemə daxil edilməsi;
• Tibbi sığorta üzrə sənəd bazasının yaradılması və daimi yenilənməsi işində rəhbərliyə dəstək;
• Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

BİLİKLƏR

• Ali təhsil (tibbi təhsili arzuolunandır);
• Komyuter bilikləri: Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər;
• Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dili arzu olunandır.

TƏCRÜBƏ

• Tibbi sığorta sahəsində və ya müvafiq səhiyyə sahəsində ən azı 1 il iş təcrübəsi arzuolunandır.

BACARIQLAR

• Ünsiyyət qurmaq bacarığı;
• Qeyri standart vəziyyətə cəld reaksiya vermək.

Yaxşı ünsiyyət qurmaq qabiliyyəti.

Son müraciət tarixi: 30 oktyabr, 2019.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşin aid olduğu sahə

KateqoriyaSığorta
Checkboxa:2:{s:5:"label";s:8:"Checkbox";s:5:"value";s:8:"Checkbox";}