9 C
Baku
Friday, December 13, 2024

“JPMorgan” müştərilərinə bitkoinə investisiya qoymağa icazə verdi

“JPMorgan Chase”in baş direktoru Ceyms Daymon hələ də bitkoinin heç bir dəyərinin olmadığını hesab edir.

Banker.az xəbər verir ki, buna baxmayaraq, onun rəhbərlik etdiyi bank müştərilərə kriptovalyutaya investisiya qoymağa icazə verib.

“Şəxsən mən bitkoinin heç bir dəyərinin olmadığını hesab edir, – deyə Daymon Beynəlxalq Maliyyə İnstitutunun (IIF) təşkil etdiyi tədbirdə bildirib. -Müştərilərimiz böyük insanlardır və onlar mənimlə razılaşmırlar, bazarı formalaşdıran da budur. Beləliklə, əgər onlar bitkoin almaq istəyirlərsə, biz buna nəzarət edə bilmərik, ancaq bu bazara mümkün qədər qanuni və şəffaf çıxış təmin edə bilərik”.

“JPMorgan” müştərilərinə bu ilin iyul ayında kriptovalyuta fondlarına investisiya imkanını yaradıb.

“CoinDesk” məlumatlarına görə, çərşənbə axşamı bitkoin 0.17% artaraq 57 485 dollara yüksəlib.

Son xəbərlər
Digər xəbərlər