6 C
Baku
Monday, December 16, 2024

Kədərli mahnılar şəxsi həyatınızdakı problemlərə kömək edir

Berklidə Kaliforniya Universitetinin alimləri müəyyən etmişlər ki, kədərli mahnılara qulaq asmaq sevdiyiniz insanla aranızda qarşılıqlı münasibətin pozulması ilə yaranan problemlərin öhdəsindən gəlməyə kömək edir.

Bir insanın kədərli olduğu an əhvalını yüksəltmək üçün komediyaya baxması, yaxud ritmik mahnılara qulaq asması ən yaxşı vasitə hesab olunurdu. Lakin aparılan tədqiqatların nəticəsi buna tam olaraq ziddir. Tədqiqatların həmmüəllifi Stiven Palmerin sözlərinə görə kədərli mahnılara qulaq asaraq emosional həyəcanların keçirilməsi insanın xoşbəxtliyi və rifahı üçün çox vacibdir. Psixoloqlar müəyyən etmişlər ki, ciddi emosional sarsıntılar və həyəcanlar zamanı insan bütün baş verənləri onu xoşbəxt edəcək şeylərlə əvəz etməyə daha meyilli olur.

Musiqi necə ürəyə toxuna bilər?

Aparılan tədqiqatlar müəyyən edir ki, şəxsi həyatda qarşılıqlı münasibətlərin pozulması zəminində baş verən problemlər zamanı insanlar kədərli, qəmgin mahnılara qulaq asmağa üstünlük verdikdə bu mahnılar onlara çox böyük köməklik göstərir. Bir faktı da qeyd etmək lazımdır ki, insanlar bu “müalicə üsulundan” yalnız şəxsi həyatlarında problemlər baş verdikdə istifadə edirlər. Digər hallarda isə onlar kədərli mahnılara elə də müraciət etmirlər.

Son xəbərlər
Digər xəbərlər