6 C
Baku
Monday, December 16, 2024

Kənan Əkpərov: “Nazirlik üzrə daha 40 e-xidmət yaradılır”

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 175 xidmətindən artıq 110-u elektron, o cümlədən 46-sı proaktiv qaydada göstərilir. Nazirlik üzrə daha 40 e-xidmət yaradılır və ilin sonunadək istifadəyə veriləcək.
Banker.az xəbər verir ki, bu barədə Nazirliyin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) direktoru Kənan Əkpərov sosial sahədə elektronlaşma proqramının icrası sahəsində 2022-ci ilin 6 ayında görülən işlər və qurumun hədəflərinə dair keçirdiyi mətbuat konfransında məlumat verib.
O, Nazirlik üzrə e-xidmətlərin sayının bu il 150-yə, quruma dair xidmətlərin elektronlaşma səviyyəsinin 90 faizə çatacağını vurğulayıb.
K.Əkpərov bildirib ki, bu ilin 6 ayında Nazirliyin e-xidmətlərinə 125 milyondan çox,  e-sosial.az portalına 6 milyon 829 min 935 müraciət edilib. “Android” və “İOS” əməliyyat sistemlərində də fəaliyyət göstərən e-sosial.az portalında qeydiyyatdan keçənlərin sayı da artaraq 1,2 milyonu ötüb.
Yanvar-iyun aylarında 15,6 min pensiya, 144,1 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən, proaktiv qaydada (müraciət olunmadan və sənəd təqdim edilmədən)  aparılıb. Son 4 ildə Nazirlik üzrə 30-dək e-arayış xidməti yaradılıb ki, son 6 ayda bu xidmətlər vasitəsilə 314 683 e-arayış verilib.
Son xəbərlər
Digər xəbərlər