-1 C
Baku
Sunday, December 15, 2024

Kənar audit “Rabitəbank” müştərilərinin 82 mln. manatlıq cari hesab və depozitlərindəki vəsaitləri geri çəkdiklərini təsdiqləyib

“Rabitəbank” ASC nəhayət 2019-cu il üzrə audit hesabatını açıqladı. Öncədən bildirməliyik ki, bu bank hesabatı ən gec qaytaranların sırasındadır. Hətta bununla bağlı Azərbaycan Mərkəzi Bankı sədri iyun ayının 1-dəki press-konfransda da dilə gətirmişdi.

Banker.az bildirir ki, bankın səhifəsində İngilis dilində təqdim edilən audit hesabatının KPMG Audit şirkəti tərəfində aparıldığı edildiyi bildirilir.

Bankın audit hesabatını analiz etdikdə məlum olur ki, bankın son bir ildə öhdəliklərinin həcmi 680.76 mln. manatdan 639.54 mln. manata qədər azalmalı olub. Azalmanın əsas səbəbkarı isə müştərilərin hesabları və əmanətləri olub.  Belə ki, 81.88 mln. manatlıq müştəri cari hesabları və depozitlərinin geri çəkilib, nəticədə “Rabitəbank”ın bu portfeli 499.59 mln. manata düşməli olub.

Cari hesablar və depozit porfelində bu azalma isə korporativ şirkətlərə məxsus vəsaitlərin geri çəkilməsindən qaynaqlanır. Korporativ şirkətlər onlara məxsus hesab və depozitlərini 303.86 mln. manatını geri çəkməklə, cəmi həcmi 195.96 mln. manata düşüb. Bu 1.7 dəfə azalma deməkdir.

Bankın audit hesabatı ilə bağlı daha bir maraqlı məqam, irihəcimli vəsait yatıran (hansı ki, bankın cəmi kapitalında 10%-nə bərabər həcmdə) müştərilərinin 15-dən 12-ə düşməsidir.

Bununla belə, “Rabitəbank” digər banklardan cəlb etdiyi depozitlərin həcmi 20,45 mln. manat təşkil edib, bu ötən il, 17,83 mln. manat idi. Öhdəliklərində bankın digər fondlardan isə borclar cəlb edərək, həcmini 87.32 mln. manata qədər artırıb. Bu öncəki il, 54.96 mln. manat idi.

www

Son xəbərlər
Digər xəbərlər