6 C
Baku
Sunday, December 15, 2024

Kənd Təsərrüfatı Nazirliyi ilə “İcraçı Kredit Agentliyi” arasında məhkəmə prosesi başlayıb

Bu gün Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Kənd təsərrüfatı layihələrinin və kreditlərinin idarə edilməsi üzrə Dövlət Xidmətinin “İcraçı Kredit Agentliyi” bank olmayan kredit təşkilatına qarşı məhkəmə iddiası üzrə ilk proses keçirilib. Məhkəmə iclası 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baş tutub.

Xatırladaq ki, Dövlət Xidməti BOKT-un müflis elan edilməsi və ona əmlak inzibatçısı təyin olunması tələbi ilə məhkəməyə müraciət edib. Buna səbəb “İcraçı Kredit Agentliyi”nin dövlətə olan 5,7 mln. manat borcunu qaytara bilməməsidir.

Bugünki iclasda BOKT dövlət qurumunun iddiasına etirazını təqdim edib. Etirazla tanış olmaq üçün Nazirlik nümayəndələrinə bir həftə vaxt verilib. Növbəti məhkəmə prosesi sentyabrın 15-də keçiriləcək.

KTN aqrar sahədə fəaliyyət göstərən kredit ittifaqlarını maliyyələşdirmək üçün uzun illər “İcraçı Kredit Agentliyi” ilə əməkdaşlıq edib. BOKT-un vasitəçiliyi ilə kredit ittifaqlarına 18 mln. manat vəsait ayrılıb. Amma son vaxtlar ittifaqlara verilmiş borcun geri qaytarılmasında problem yaranıb. Ödənişlərin gecikməsi ucbatından hazırda “İcraçı Kredit Agentliyi”nin dövlətə borcu yaranıb və bu borcun məhkəmə yolu ilə alınması qərara alınıb.

Report

Son xəbərlər
Digər xəbərlər