13 C
Baku
Wednesday, May 8, 2024

“Kəpənək effekti” və ya “Xaos nəzəriyyəsi”?

2004-cü ildə «Kəpənək effekti» filmi işıq üzü görəndən sonra əksər insanların şüurunda bu termin kifayət qədər populyarlıq qazanmış trillerdə baş verən dolaşıq hadisələr sayəsində yeni məna kəsb etmişdir. Axı hər şey tamamı ilə başqa cür də ola bilərdi. Əgər rejissor Bress və Qruber filmi geniş kütləyə elə onun ilkin versiyadakı adı ilə təqdim etsə idilər, yəqin ki hadisələr başqa cür inkişaf edərdi, belə ki film çəkiliş mərhələsində “Xaos nəzəriyyəsi” adlanırdı, gəlin razılaşaq ki, kommersiya baxımından heç də uğurlu ad deyil. Gəlin məsələnin kino tərəfləri ilə bağlı problemlərini elə kinoşünasların öhdəsinə buraxaq. Özümüz isə uzaq 1963-cü ilə yollanaq, bu zaman meteoroloq Edvard Lorens bütün elm dünyasını unikal bir fenomenin mövcudluğu ilə lərzəyə saldı, o bu unikal fenomeni məhz “kəpənək effekti”adlandırdı. 

Lorensin kəşfi dünyadakı bütün proseslərin və həyatın müəyyən bir sərt qanunauyğunla tabe olması və səbəblərin nəticələrə uyğunluğu ilə bağlı insan təsəvvürlərini sarsıtdı. Beləliklə havanın kompüter modelləşməsi ilə məşğul və qəti istirahət bilməyən meteoroloq bütün yer kürəsində havanı proqnoz etməyə imkan verən sadə bir model hazırlamışdır, model ilk öncə olduqca sərrast işləyirmiş. Proqnozlaşma modelinin yaradıcısı səmimi qəlbdən inanırdı ki, hərəkət qanunları onun riyazi ardıcıllıqlarının hesablanması üçün baza qismində xidmət edəcək. “Qanunu başa düşən, kainatı da başa düşəcək!” –Lorens düşünürdü, axı o, havanın kompüter modelləşməsinin fanatı idi. Lorens ümid edirdi ki, onu modeli olduqca davamlı alqoritmlər və eyni dərəcədə effektə malik nəticələr verəcək.

Baxmayaraq ki, ilkin mərhələdə model olduqca səlis nəticələr və proqnozlar vermişdi, yoxlama zamanı çoxsaylı yayınmalar və səhvlər buraxmış oldu –nəticədə isə çox möhkəm bir xaos alındı. Alim birdən bir dərk etdi ki, onun modeli yalnız bir şeyi dəqiq proqnoz edə bilər: o da nəyisə proqnoz etməyin qeyri mümkünlüyüdür! Niyə? Çünki istənilən bir dəqiq sistem də müəyyən xətalar olur və adətən onlar çox əhəmiyyətsiz hesab edilir. Lakin məhz əhəmiyyətsiz hesab edilən bu xətalar son nəticədə heç kəsin güman etmədiyi çevrilişlərə və qlobal səhvlərə gətirib çıxarır. Elmi cəhətdən desək, son nəticə ilkin verilənlər və şərtlərdən asılıdır. Necə ki, ingilis yazıçı Marşakın tərcüməsində deyilir: “Mismar yox idi deyə, atın nalı itdi, atın nalı itdiyinə görə, at axsadı. At axsadı deyə komandır öldürüldü. Süvarilər dağıldı və ordu qaçdı. Düşmənlər şəhərə daxil oldu və əsirlərə mərhəmət göstərilmir, bütün bunlar isə ona görədir ki, süvari ordunun mismarı yox idi”.

Əsl meteoroloq kimi Lorens belə bir təklif irəli sürdü ki, “Sinqapurda hər hansı bir kəpənəyin qanad çalması, Filadelfiyada çox güclü bir tornadoya səbəb ola bilər”. Çox fantastik səslənir, amma alim həqiqətdən çox da uzaq deyildi… Fantastika həvəskarları yəqin ki, Rey Bredberinin “ Və şimşək çaxdı…” zamana səyahətlə bağlı hekayəsini xatırlayırlar. Süjet sadə və təkrarsızdır: dinozavrlar ovçusu keçmişə yola düşür, o marşrutu pozaraq, bir kəpənəyi tapdalayır, bu isə qarşısı alınmaz nəticələrə gətirib çıxarır –xətalar zənciri onunla nəticələnir ki, amerikanlar prezident seçkilərində demokrat əvəzinə faşistə səs verirlər. Belə ehtimal var ki, meteoroloq məhz bu hekayənin təsiri ilə öz kəşfini “Kəpənək effekti” (Butterfly Effect) adlandırıb. Bu günə qədər də alimlər Lorensin kəşfini dialektik simbiozun ən tutarlı sübutu kimi qiymətləndirir: dünyanın qanunauyğunluqları və onların nəticələrinin proqnoz edilməsi tamamilə qeyri mümkündür. Bəlkə məhz buna görə biz ailədə, qarşılıqlı münasibətlərdə, insanın öz vədinə sadiq qalmasında stabilliyi olduqca yüksək qiymətləndiririk, çünki bu dəyərlər bizə naməlum, gedişi bəlli olmayan dünyada sabitlik və əminlik hissi yaşadır.

Əziz xanımlar və cənablar, sizə isə onu tövsiyə edirik ki, ayaqlarınızın altına baxın, birdən qəfil olaraq kəpənək tapdarsınız,. Qoy, tale sizi düşünülməmiş sözlərdən və əməllərdən, həm də müvafiq olaraq onların qlobal fəsadlarından hifz etsin.

Son xəbərlər
 ⁠
Digər xəbərlər