2020-ci ilin yanvar-noyabr dövründə (11 ayda) Azərbaycana 73 milyon 303 min dollar dəyərində 14 min 891 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, kərə yağının idxalı miqdar ifadəsilə 2 min 428 ton və ya 19.5%, dəyər ifadəsilə 9 milyon 702 min dollar və ya 15.3% artıb.
2019-cu ilin yanvar-noyabr dövründə Azərbaycana 63 milyon 601 min dollar dəyərində 12 min 463 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilmişdi.