22:10 / WTI 0,06 dollar/barel dəyərində ticarət olunur.
21:48/ Qərbi Texas nefti (WTI) 1,06 dollar/barel səviyyəsinə düşüb.
20:30/ Qərbi Texas neftinin Nyemex birjasında dəyəri 8,89 dollara düşüb. Bu günlük 51% ucuzlaşma olması deməkdir.
18:00/ Nyu-Yorkun Nymex əmtəə birjasında Qərbi Texas neftinin 1 barelinin dəyəri daha 34,32% ucuzlaşmaqla 12 dollara düşüb, Bakı vaxtı ilə 18:00-a olan göstəricilər bunu deyir.
Brent nefti ucuzlaşma bir qədər aşağı sürətlə davam edir. Hazırda 26,90 dollara (4,20% ucuzlaşma) ticarət olunur.
10:05/ Neftin hasilatının azaldılması sonrası, dünyada bir çox xam neftin doldurulan boş anbarlarının tükənməsi səbəbindən tələbatın kəskin azalması, neftin dəyəri son 20 illiyin ən aşağı səviyyəsinə qədər ucuzlaşıb.
Qərbi Texas nefti üzrə Nyu-Yorkdakı may füçersləri 19% ucuzlaşma ilə 14,80 dollar/brl səviyyəsinə düşüb ki, bu da OPEC+ anlaşmasından sonra həftədə 5-ci yaşanmış ucuzlaşma hadisəsi olub. Hazırkı may füçerslərinin müqavilə müddəti bitmək üzrədir, iyun üzrə isə bu gedişlə daha çox aşağı dəyərdə müqavilə bağlanılacağı hiss olunur. Lakin, qitələrarası ICE səhm birjasında Brent cəmi 2% dəyər itkisi (Bakı vaxtı ilə 10:00) ilə üzləşib.
Qeyd edək ki, dünyada koronavirus pandemiyası səbəbindən bir çox ölkələrin daxili və xarici əlaqələrdə karantin (hətta fövqəladə vəziyyət) elan etməsi səbəbindən neftin təchiz etdiyi bazar çöküb. OPEC+ ötən 9 apreldə neftin hasilatının kəskin endirilməsi ilə bağlı tarixi razılaşması reallaşsa da qeyd edilən aktivliyin zəifləməsi, neftə tələbatı kəskin düşürüb, bu da neftin dəyərdən düşməsinə əngəl ola bilmir. Lakin, OPEC+ alyansının bu anlaşmasının müsbət tərəfi neftin hazırkı dəyərindən daha kəskin ucuzlaşmasının qarşısını almaq üçün səbəb ola bilməsidir.