Ukraynada müharibə başlayandan bu günə qədər 21 mindən çox çeçen Rusiya tərəfindən döyüşlərdə iştirak edib.
Bu barədə məlumatı Çeçenistan rəhbəri Ramzan Kadırov açıqlayıb.
Onun sözlərinə görə, həmin şəxslərdən 9 mindən çoxu hazırda Ukraynada ön cəbhədədir.
Kadırov, həmçinin qeyd edib ki, hazırda döyüşlərdə iştirak edən çeçen qüvvələrinin komandirləri ilə şəxsən əlaqədədir.