12 C
Baku
Wednesday, December 11, 2024

Kadri Simson: Avropada fəaliyyət göstərən bir sıra şirkətə Azərbaycana sərmayə yatırmasını tövsiyə etmişəm

Azərbaycanın böyük həcmdə yaşıl enerji istehsal etmək potensialı var. Avropanın 150 Qvt yaşıl enerjiyə ehtiyacı var.

Bu sözləri Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib.

O bildirib ki, Azərbaycanın alternativ enerji mənbələrinin həcmi böyükdür.

“Günəş və külək enerjisinin əldə olunması üçün işlərimiz davam edir. Mən Avropa dövlətlərində fəaliyyət göstərən bir sıra şirkətləri Azərbaycana sərmayə yatırmasını tövsiyə etmişəm”, – deyə K. Simson vurğulayıb.

Komissarın sözlərinə görə, Avropa İttifaqı yaşıl enerjiyə olan tələbatının bir qismini Azərbaycanda istehsal olunan alternativ enerji hesabına ödəməyi planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər