Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il yanvarın 26-də ölkə üzrə 433 ictimai iaşə obyektində 774 monitorinq keçirilib.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 8 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi, ev 53F ünvanında yerləşən, fiziki şəxs Hüseynov Pərviz Əli oğluna məxsus “Miraj” restoranı;
2. Bakı şəhəri, Yasamal rayonu, Dilarə Əliyeva küç., ev 43 ünvanında yerləşən, fiziki şəxs Nemətli Təbriz Şahverdi oğluna məxsus kafe;
3. Bakı şəhəri, Nərimanov rayonu, Əhmədzadə küç., ev 5, m.7 ünvanında yerləşən, hüquqi şəxs “Mato Kafe” MMC-yə məxsus “Dadlı” restoranı;
4. Bakı şəhəri, Nərimanov rayonu, Məmmədzadə küç., ev 10 ünvanında yerləşən, fiziki şəxs Əliyev Təbriz Eldar oğluna məxsus kafe;
5. Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq pr., ev 107 ünvanında yerləşən, fiziki şəxs Xəlilov Samir Sərhəddin oğluna məxsus restoran;
6. Sumqayıt şəhəri, Sülh küçəsi, məh. 34, ev 2448 ünvanında yerləşən, fiziki şəxs Hacıyev Elvin Hacıbala oğluna məxsus “Osmanlı dönər evi” kafesi;
7. Xaçmaz rayonu, Bakı prospektində yerləşən, fiziki şəxs Ağayev Süleyman Yaqub oğluna məxsus kafe;
8. Göyçay rayonu, Çayarxı kəndində yerləşən, fiziki şəxs Şıxaliyev Sehran Ağasəlim oğluna məxsus “Qoca Qovaq” kafesi.