“Avqustun 9-dan tam peyvənd olunmuş amerikalılar, sentyabrın 7-dən isə tam peyvənd edilmiş dünyanın digər ölkələrinin vətəndaşları Kanadaya gələ biləcəklər.
TASS xəbər verir ki, bunu ölkənin İctimai təhlükəsizlik və fövqəladə hallara hazırlıq katibi Uilliam Blair jurnalistlərə açıqlamasında deyib.
Blair əlavə edib ki, artıq ölkəyə gələcək sözügedən xarici vətəndaşların 14 günlük karantin müddəti keçməsinə ehtiyac qalmayacaq.