13 C
Baku
Tuesday, October 22, 2024

Kanada polad idxalına 25%-lik tarif qoydu

Kanada 25 oktyabrdan etibarən ölkəyə idxal olunan poladın 7 kateqoriyası üzrə 25%-lik gömrük rüsumu tətbiq edəcək.

Banker.az AzVisiona istinadən xəbər verir ki, bu barədə Kanada hökumətinin yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, tarifin qaldırılmasının səbəbi üzlərinə ABŞ bazarı bağlandığından xarici polad istehsalçıların yeni müştəri axtarışı nəticəsində Kanadada polad idxalının tarixi normanı üstələməsi riskinin qarşısını almaqla əlaqədardır.

Qeyd edək ki, 1 iyundan etibarən ABŞ Avstraliya, Argentina, Braziliya və Cənubi Koreya istisna olmaqla, digər bütün ölkələrdən idxal olunan polada 25%-lik gömrük rüsumu, Avstraliya və Argentina istisna olmaqla isə digər dövlətlərdən gətirilən alüminiuma 10%-lik tarif tətbiq etməyə başlayıb. Vaşinqton bu addımını digər dövlətlərlə ticarət mübadiləsində Amerikanın böyük defisitlə üzləşməsi və bunun ABŞ-ın milli təhlükəsizlik maraqlarına zərbə vurmasilə izah edib.

Son xəbərlər
Digər xəbərlər