10 C
Baku
Thursday, December 12, 2024

Kapital Bank 2020-ci ilin I rübünün nəticələrini elan edib®

Kapital Bank-ın aktivləri 1 aprel 2020-ci il tarixinə 4,4 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,04 milyard manat olub.

Bankda müştəri depozitlərinin həcmi 1 aprel 2020-ci il tarixinə 3,3 milyard manat olub. 

Bankın 1 aprel 2020-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 470 milyon manat, adi və imtiyazlı səhmlər isə 225 milyon manat təşkil edir.

Qeyd edək ki, Kapital Bank Moody’s və Standard & Poor’s beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

 

Son xəbərlər
Digər xəbərlər