19 C
Baku
Sunday, May 5, 2024

Kapital Bank Anım Günündə “heç unutmadıq” dedi

Kapital Bank Anım Günündə Vətənimizin bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizi xüsusi videoçarxla anıb. Sosial şəbəkələrdə #HeçUnutmadıq həştəqi ilə paylaşılan video böyük maraqla qarşılanıb.

Videoçarxda Mübariz Tağıyevin ifasında unudulmaz “Yada sal məni” mahnısı istifadə olunub. Sözləri Cənubi azərbaycanlı şairimiz Piruz Dilənçiyə məxsus olan bu mahnını bəstəkar Eldar Mansurov Birinci Qarabağ müharibəsində Vətənin keşiyində dayanan qəhrəmanlarımıza  həsr edib. Kapital Bank-ın təşəbbüsü ilə bütün bu tarixi hadisələrin birləşməsi həssas və gözəl bir işlə nəticələnib. 

Bütöv Azərbaycan naminə canını Vətən uğrunda fəda edən şəhidlərimizi dərin hörmət və minnətdarlıqla anırıq.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər