6 C
Baku
Sunday, December 15, 2024

“Kapital Bank” daha da böyüyüb – 51 milyon manata yaxın mənfəət açıqladı

“Kapital Bank” ASC 2022-ci ilin 1-ci rübünü 50 milyon 405 min manat xalis mənfəətlə başa vurub. 2021-ci ilin eyni dövründə isə bankın mənfəəti 55 milyon 535 min manat təşkil edib.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ KƏSKİN ARTIB

2022-ci ilin 3 ayında Kapital Bankın cəmi gəlirləri 228 milyon manat (əvvəlki ilə nisbətən 33% çox), xərcləri 123 milyon manat təşkil edib.

AKTİVLƏRİ 7 MİLYARD MANATA YAXINLAŞIB

Bu il aprelin 1-nə “Kapital Bank”ın aktivləri 6 milyard 935 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 24.1% çoxdur. Bunun 2 milyard 904 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, 2022-ci ilin 1-ci rübündə Bankın kredit portfeli 31.2% böyüyüb.

Yanvar-mart aylarında “Kapital Bank”ın istehlak kreditləri 340 milyon manat artaraq 1 milyard 715 milyon manata, biznes kreditləri 273 milyon manat artaraq 867 milyon manata, daşınmaz əmlak kreditləri isə 77 milyon manat artaraq 322 milyon manata çatıb.

BANKIN DEPOZİT PORTFELİ KƏSKİN BÖYÜYÜB

Hesabat dövründə bankın öhdəlikləri 4 milyard 910 milyon manatdan 6 milyard 387 milyon manata çatıb. “Kapital Bank”ın depozit portfeli 35% artaraq 5 milyard 477 milyon manat təşkil edib. O cümlədən, fiziki şəxslərin depozitləri 1 milyard 655 min manat, hüquqi şəxslərin depozitləri isə 3 milyard 821 milyon manat olub.

2022-ci il 31 mart tarixinə “Kapital Bank”ın kapitalı 548 milyon manat olub. Əvvəlki ilin eyni dövründə isə bankın kapitalı 679 milyon manat təşkil edib.

k2

k1

Son xəbərlər
Digər xəbərlər