“Kapital Bank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilib.
21 yanvar 2016-cı il tarixdə “Kapital Bank” ASC-nin baş ofisində Bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçirilmişdir.
Yığıncağın qərarına əsasən, başqa işə keçməsi ilə əlaqədar olaraq Cavid Quliyev Bankın Müşahidə Şurasının üzvülüyündən azad edilmişdir.