Kapital Bank” ASC-nin səhmdarları noyabrın 8-də növbədənkənar yığışacaqlar.
Banker.az-ın verdiyi xəbərə görə, yığıncaqda bankın audit komitəsinin tərkibində dəyişikliklərin edilməsi müzakirə olunacaq.
Yığıncaq saat 11.00-da “Kapital Bank” ASC-nin baş ofisinin Badamdar qəsəbəsindəki inzibati binasında (Bakı, M.Müşfiq küçəsi 2E, 3-cü mərtəbə, iclas zalı) keçiriləcək.