7 C
Baku
Sunday, December 15, 2024

“Kapital Bank”ın 100 mln. manatlıq istiqrazları qeydiyyata alınır

Ölkənin ən iri xidmət şəbəkəsinə sahib “Kapital Bank” ASC tarixinin ən iri həcmli istiqrazını buraxır.

Banker.az xəbər verir ki, kommersiya bankının istiqrazlarının hər biri 100 manat olmaqla ümumilikdə 500 000 ədəd olacaq.

İstiqrazlar illik 10 faiz gəlirlilik təklif edir və hazırda dayanıqlı maliyyə nəticələri olan bir emitent üçün mühüm göstəricidir. Üstəlik hazırkı şəraitdə inflyasiya 0 faiz ətrafında olması isə investisiya aləti kimi bankın bu istiqrazları üçün yüksək rəqabətliyi öncədən proqnoz etmək elə də çətin deyil.

“Kapital Bank”ın ilin ilk rübünə qədər öhdəliyində qiymətli kağız portfeli olmamışdı. 17 apreldə Bakı Fond Birjasında 35 milyon dollar nominal dəyəri olan istiqrazları yerləşdirmişdi və həmin hərracda bankın dollar istiqrazlarına tələb investorlar sayı baxımından yüksək olub.

BFB-də yerləşdirmə zamanı 104 investor tərəfindən 104 sifariş təqdim edilmişdir. Sədri Fərid Hüseynov son iclada “əhalinin “Kapital Bank”ın istiqrazlarına marağı yüksək olduğunu və böyük hissəsinin fiziki şəxslər olduğunu bildirmişdi.

 

Son xəbərlər
Digər xəbərlər