26 C
Baku
Saturday, July 27, 2024

Karantin dövründə banklarda müştəri hesablarının sayı 20 milyonu aşdı

2020-ci ilin iyul ayı ərzində Azərbaycanda fəaliyyət göstərən bankların müştərilərinin sayı 8 milyon 547 min 197 şəxsə çatıb. 

Banker.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, iyulda müştəri hesablarının sayı 219 min 837 artaraq 20 milyon 107 min 72-ə çatıb. O cümlədən, cari hesabların sayı 193 min 367 artaraq 17 milyon 211 min 544-ə, kredit hesablarının sayı 20 min 608 artaraq 2 milyon 602 min 985-ə, depozit hesablarının sayı isə 5 min 862 artaraq 292 min 543-ə yüksəlib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə fiziki şəxslərin cari hesablarının sayı 2 milyon 169 min 272, hüquqi şəxslərin cari hesablarının sayı isə 6 min 862 artıb.

Son xəbərlər
Digər xəbərlər