12 C
Baku
Tuesday, May 7, 2024

Kargo şirkəti “Mover” 5 min manatadək cərimələnə bilər

“Mover” MMC idarəçilik qaydaları əleyhinə olan (İstehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında tələblərin yerinə yetirilməməsi) inzibati xəta protokolu tərtib olunub.

Banker.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsinə görə, istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə 4 min manatdan 5 min manatadək məbləğdə cərimə edilir.

İş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatındadır.

Xatırladaq ki, “Mover” MMC express logistika şirkətidir. 2015-ci ildən bəri Azərbaycan bazarında fəaliyyət göstərən şirkət bu günə qədər 60 mindən çox fiziki şəxsin 3 milyondan artıq yükünü müxtəlif xarici ölkələrdən Azərbaycana gətirib, o cümlədən ölkə daxilindəki ünvanlara əldən təslim edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər