Meksikalı milyarder Karlos Slim New York Times Company-də olan pay sayını iki dəfədən çox artırmış və The New York Times qəzetinin ən nəhəng səhmdarına çevrilmişdir. İndi şirkətin 28 milyon səhmi, yaxud kapitalının 16,8%-i bu meksikalı maqnata məxsusdur. Əvvəllər isə milyarderin sahib olduğu pay 7% idi.
Forbes qiymətləndirməsinə əsasən, Karlos Slimin sərvəti 72 milyard dollar təşkil edir. Jurnal tərəfindən təşkil edilən planetin ən varlı insanların reytinqində Slim Bill Gates-dən sonra ikinci pillədə qərarlaşıb.