Azərbaycanda karqo şirkətləri vasitəsilə daha çox alış-veriş edən regionları araşdırıb.
Banker.az bu barədə Metrix.az-ın araşdırmasını təqdim edir.
2021-ci ili əhatə edən statistikada karqo şirkətləri vasitəsilə daha çox məhsul sifariş edən region 33.21% göstərici ilə Bakıdır.
Paytaxtı ilk beşlikdə Gəncə-Qazax (18,53%), Aran (11,98%), Abşeron (11,16%) və Şəki-Zaqatala (10,75%) regionları izləyir.
Dağlıq Şirvan (1.22%) isə siyahıda sonuncudur.