Sentyabr ayının 1-nә kimi tarlalardan 757,6 min ton vә ya keçәn ilin müvafiq dövrünә nisbәtәn 7,6% çox kartof yığılıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2020-ci ilin yanvar-iyul aylarında Azərbaycandan 33 milyon 760 min dollar dəyərində 81 min 292 ton kartof ixrac olub. Kartof ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 32,1% azalıb.
Bu ilin yanvar-iyul aylarında Azərbaycana 24 milyon 854 min dollar dəyərində 91 min 120 ton kartof idxal olunub. Kartof idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 0,8% azalıb.