-1 C
Baku
Sunday, December 15, 2024

Kasıblıq, diktatura və süni zəka təhlükəsi: Milyarderin gələcəyimiz üçün proqnozları

Yer kürəsi əhalisinin kəskin artımı, tərəqqi adına diktatura, iqlim dəyişilikləri və süni zəka hakimiyyəti. Bll Gates-in fikrincə yaxın gələcəkdə insan sivilizasiyasnı məhz bu cür çətinliklər gözləyir. Bill Gates öz müsahibəsində gələcəyin problemləri və onların mümkün həll yolları barəsində danışıb. Banker.az Technote-yə istinadla həmin məqaləni sizə təqdim edir:

Kasıblığın “yel dəyirmanları”:

Bir neçə il bundan öncə Microsoft şirkətinin yaradıcısı Bill Gates proqnozlaşdırmışdı ki, 2030-cu ilə kimi insanlıq kasıblığın bütün formalarını aradan qaldıra biləcək. Bu təşəbbüsü BMT və 193 ölkə dəstəkləmişdi. Lakin indi Bill Gates düşünür ki, növbəti onilliklərdən sonra da bəzi regionlardakı kasıb əhalinin payı dəyişməyəcək. Bill Gates ilə Melinda Gates-in xeyriyyəçilik fondunun bir neçə müddət bundan öncəki hesabatında Bill Gates etiraf etmişdi ki, kasıblığın aradan qaldırılması prosesi ləngiyib. Bunun əsas səbəbi isə kasıb regionlarda əhali sayının artmasıdır. Produktiv və sağlam həyatın çətin olduğu ölkələrdə daha çox uşaq dünyaya gəlir.

İlk öncə bu problem Afrikanı əhatə edir. Analitiklərin hesablamalarına əsasən 2050-ci ilə kimi Afrika əhalisinin sayı 2 dəfə artacaq. Hətta kasıb əhalinin payı iki dəfə azalsa da, kasıb vəziyyətdə yaşayan insanların sayı əvvəlki kimi qalacaq. Bill Gates öz müsahibəsində nəyə görə məhz Afrikanın zəif vəziyyətdə qaldığını və onun hansı səbəbə görə Asiya ölkələrinin yolu ilə getməsində çətinliklər olduğunu başa salıb. Afrika kontinentinin problemləri geoqrafik vəziyyət, normal vəziyyətdə fəaliyyət göstərən tədarük kanallarının olmaması, tarix, kolonializmin təsiri və həmçinin daxili siyasi problemlər (yəni ağıllı idarəetmə sisteminin olmaması) ilə əlaqəlidir.

Demokratiyasız iqtisadi yüksəliş:

Bill Gates bildirib ki, hər hansısa ölkənin əhalisi orta həyat səviyyəsinə yüksəlirsə, həmin ölkənin siyasi arenasında uğurlu və effektivli rəhbərlər ortaya çıxır. Lakin tərəqqi və həyat şəraitinin yaxşılaşdırılması artıq demokratiya sözünün sinonimləri deyillər. “İqtisadi yüksəliş və demokratik azadlıq bizim istədiyimiz kimi heç də sıx əlaqəli deyillər” – deyə Bill Gates bildirib. Onun fikrincə hökumətin siyasi modeli ikinci dərəcəlidir. Əsas olan hakimiyyətin korrupsiya ilə mübarizə, təhsil və səhiyyə sahələrinin inkişaf etdirilməsi istəyidir.

“Tayvanın aktiv inkişafı dövründə avtoritarizm rejimi hökm sürürdü. Cənubi Koreya isə öz inkişafı dövründə diktatorun hakimiyyəti altında idi. Lakin sonradan onlar demokratik idarəetmə üsullarına keçdilər” – deyə Bill Gates bildirib. Belə şəraitdə Gates-ə maraqlı olan odur ki, vətəndaşlarının həyat şəraitlərinin yaxşılaşdığı, lakin siyasi modelinin əvvəlki kimi qaldığı Çin hansı istiqamətdə hərəkət edəcək?

Bilinməyən gələcək:

Bill Gates İT sahənin liderləri və planetin ən varlı şəxsləri ilə əlaqə saxlayır. Lakin buna baxmayaraq heç o özü də bilmir ki, yaxın gələcək necə olacaq. Bundan əlavə olaraq onun fikrincə yaxın gləcək barəsində olan proqnozlar təmkinli və ehtiyyatlı olmalıdırlar. “Hətta 50 ildən sonra bizi nələrin gözlədiyini söyləmək çox-çox çətindir” – deyə Bill Gates bildirib. Lakin artıq indidən məlumdur ki, gələcəkdə insanlar daha böyük resurs və biliklərə sahib ola biləcəklər. Bu isə o deməkdir ki, onlar üçün gələcək ilə bağlı proqnozların tərtib olunması daha asan olacaq. Müsahibəsində Bill Gates inkişaf baxımından şübhə duymadığı 3 sahənin adını çəkib: İqlim dəyişiklikləri, qlobal pandemiyalar və kütləvi qırğın silah ilə mübarizə.

Süni ət qalib gələcək:

İqlim dəyişiklikləri ilə mübarizə aparmaq üçün insanlar öz qidalarına fikir verməlidirlər. Bir sıra mütəxəssislər yarı-vegeterian pəhrizinə keçid etməyi məsləhət görürlər. Bu pəhriz özündə heyvan mənşəli məhsulların kiçik hissəsini birləşdirir. Bill Gates özü isə ətin bitki tərkibli analoqlarına üstünlük verir. O, Impossible Foods və Beyond Meat kimi startapları dəstəkləyir. Həmin startaplar heyvan məhsullarından istifadə etməyərək ətin inandırıcı analoqunu yaradırlar. Bundan əlavə olaraq Bill Gates həmçinin süni ət istehsalı ilə məşğul olan Memphis Meats şirkətinə də investisiyalar yatırır. “Mən inanıram ki, müəyyən müddətdən sonra süni ət geniş məşhurluq qazanacaq” – deyə Bİll Gates bildirib. Bu halda mal-qaranın sayı azalacaq. Lakin həmçinin heyvanlar da artıq əziyyət çəkməyəcəklər.

Süni zəka:

Bill Gates, real problemləri unudaraq süni zəkanın qlobal risklərindn danışan mütəxəssisləri tənqid edir. Məsələn onlar malyariya xəstəliyi ilə mübarizəni o qədər də önəmsəmirlər. Bill Gates-in fikrincə bir çox tərtibatçılar süni zəkanın riskləri barəsində danışmaqla yanaşı süni zəkanın inkişafına təkan verən texnologiyalar da hazırlayırlar. “Onlar süni zəka üzrə təcrübələr aparmağı sevirlər. Alqorimtlərlə çalşmaq əyləncəlidir. Tərtibatçılara elə gəlir ki, onlar riskləri azaldırlar. Lakin mən buna heç bir sübut görmürəm” – deyə Bİll Gates bildirib. Həmçinin onun fikrincə böyük məlumatlar gələcəkdə dəyərli resurslara çevrilməyəcəklər. Daha öncədən o bildirmişdi ki, Yer kürəsi əhalisinin sayının artması ilə böyük məlumatların deyil, torpağın qiyməti yüksələcək.

Son xəbərlər
Digər xəbərlər