2 C
Baku
Sunday, December 15, 2024

Kaşıkçının öldürüldüyü konsulluq binası satılıb

Ötən il oktyabrın 2-də öldürülən jurnalist Camal Kaşıkçının qətlinin törədildiyi Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunun binası dəyərindən üç dəfə ucuz qiymətə satılıb.

Banker.az oxu.aza-a istinadla məlumat verir ki, konsulluğun yeni ünvanının Sarıyerdəki ABŞ konsulluğunun yaxınlığında olacağı bildirilir.

Qeyd edək ki, C.Kaşıkçı oktyabrın 2-də nişanlısı ilə Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna gedib.

Saat 13:14 radələrində binaya daxil olan jurnalist bir daha oradan çıxmayıb. Onun konsulluq binasında yatırıldığı, daha sonra bədəninin hissələrə parçalanaraq kimyəvi maddələrlə məhv edildiyi bildirilib.

Son xəbərlər
Digər xəbərlər