3 C
Baku
Saturday, December 14, 2024

“Kazmortransflot” Aktau-Bakı marşrutu ilə neft nəqlini 2 dəfədən çox artırıb

“Kazmortransflot” şirkəti (“KazMunayQaz”ın törəmə şirkəti) bu ilin yanvar-iyul aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə 25.5 min ədəd iyirmi fut tutumlu konteynerin (TEU) daşınmasını həyata keçirib.

2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə bu göstərici 2.4 dəfə artıb.

“2019-cu ilin aprel ayında Aktau-Bakı xətti işə salındıqdan sonra “Kazmortransflot” tərəfindən konteyner daşımalarının ümumi həcmi bu ilin avqust ayının əvvəlində 100 min TEU-ya çatıb”, – məlumatda deyilir.

Bu ilin 7 ayı ərzində “Kazmortransflot” şirkəti tərəfindən Xəzər dənizi ilə 1 milyon 292 min ton neft daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.9 dəfə çoxdur.

Hesabat dövründə Aktau-Bakı marşrutu ilə neft nəqli 75% artaraq 246 min tondan 431 min tona çatıb”, – məlumatda bildirilib.

Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər