16 C
Baku
Saturday, April 20, 2024

“KFC” və “Pizza Hut” Rusiyada rebrendinq edir

Rusiyadakı “KFC” və “Pizza Hut” müəssisələri adlarını dəyişməyə hazırlaşırlar, bu barədə “Yum!” şirkətinin internet saytında yerləşdirilən məlumatda deyilir. Bildirilir ki, iyun ayında şirkət Rusiyada “Pizza Hut”ın yerli operatora təhvil verilməsini başa çatdırıb və o, artıq rebrendinq prosesinə başlayıb.

Banker.az bu barədə “Lenta”ya istinadən xəbər verir.

“Bu proses başa çatdıqdan sonra biz Rusiyadan tamamilə çıxacağıq”, – mesajda bildirilir.

Şirkət iyulun əvvəlində “KFC”nin satışı ilə bağlı danışıqlar barədə məlumat verib. Ayın ortalarında Rusiyanın Koreya fastfud layihəsinin təsisçisi “Kannam Chicken” bu biznesi əldə etmək niyyətində olduğunu açıqlayıb və mümkün ad dəyişikliyi ilə bağlı xəbərdarlıq edib.

Son xəbərlər
Digər xəbərlər