2 C
Baku
Saturday, December 14, 2024

Kim Çen ölkəsinin xarici əlaqələrini genişləndirmək istəyir

“Bizə xarici əlaqələrimizi genişləndirib, inkişaf etdirmək lazımdır”.

“Yonhap” agentliyi xəbər verir ki, bunu Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) lideri Kim Çen In Əmək Partiyasının qurultayındakı məruzəsində bildirib.

O, Şimali Koreyanın başqa dövlətlərlə münasibətlərinin yaxşılaşdırılmasının vacibliyini də vurğulayıb. Kim Çen In bunu yaranmış şəraitlə əlaqələndirib və yeni dövrün tələb etdiyini söyləyib.

Şimali Koreyanın lideri münasibətləri və əlaqələri yaxşılaşdırmaq istədikləri dövlətlərin adlarını açıqlamayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər