13 C
Baku
Thursday, April 18, 2024

“Kinder Surprise” yaradıcısı dünyasını dəyişib

Uşaqlar üçün məşhur şokodladlı yumurta Kinder Surprise yaradıcısı William Salis cümə axşamı 83 yaşında İtaliyada dünyasını dəyişib.

Salis İtaliyanın şimalında, Paviya şəhərində yerləşən xəstəxanada insultdan müalicə alırdı.

Qeyd edək ki, William Salis Ferrero istehsalat qrupuna 1960-cı ildə qoşulur. O tez bir zamanda Nutella yaradıcısı olan şirkət rəhbəri Mikele Ferreronun sağ əlinə çevrilir.

40 ildən çox müddətdə Ferrero şirkəti milyardlarla “kinder” satıb.

 

Son xəbərlər
Digər xəbərlər