25 C
Baku
Saturday, April 20, 2024

KİV: İslam İnkişaf bankı blockchain texnologiyasına keçəcək

Ciddə şəhərində (Səudiyyə ərəbistanının maliyyə paytaxtı) yerləşən İslam İnkişaf bankının rəhbərliyi blockchain texnologiyasına keçid etmək ilə bağlı planlarını elan edib.

Banker.az yerli Arab News qəzetinə istinadən xəbər verir ki, bu bankın üzv ölkələrində təklif edilən maliyyə xidmətlərinin keyfiyyətinin artırılmasına səbəb olacaq.

Nəşrin məlumatına görə, bank artıq səudiyyəli Ateon şirkəti və müasir texnologiyaların inkişafı ilə məşğul olan və İslam bankçılığı şərtlərində blockchain texnologiyasının tətbiq edilməsi imkanlarını araşdıracaq belçikalı SettleMint Blockchain Academy ilə lazımi razılaşmaları imzalayıb.

Proqrama İndoneziyadan tutmuş Kanadaya qədər İslam bankının şəriət qaydalarına uyğun olma sertifikatı əldə etmiş bütün investorları cəlb ediləcək.

 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər