Kiyevin yaxınlığında Rusiyanın qırıcısı vurulub

Ukraynanın Kiyev vilayətinin paytaxtdan 8 km məsafədə yerləşən İrpen şəhərində Rusiya qüvvələrinin Su-30 qırıcısı vurulub.

Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı feysbukda yazıb.

Qeyd edək ki, ötən gün İrpen şəhəri Rusiya qüvvələrinin şiddətli bombardmanına məruz qalıb. Nəticədə şəhərdə çox sayda dinc sakin həlak olub.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər