18 C
Baku
Thursday, April 25, 2024

KOBİA-nın sabiq sədr müavininə Ukraynada yüksək vəzifə verilib

Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sabiq sədr müavini Ukraynada yeni vəzifəyə təyin edilib.

Banker.az xəbər verir ki, Tamerlan Vahabov, KOBİA-nın sabiq sədr müavini Ukrayna daxili işlər nazirinə müşavir təyin edilib. Beləliklə, dövlət işini Ukraynanın Daxili İşlər Nazirliyində davam etdirəcək.

T.Vahabov İqtisadiyyat Nazirliyinin strukturunda olan KOBİA-da 2020-ci ilin fevralında sədr müavini kimi təyin edilmiş, bir ay sonra isə nazirliyin tabeliyində olan Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurası üzvi seçilmişdi. 2021-ci ilin iyununda isə bu hər iki vəzifədən istefa vermişdi.

Tamerlan Vahabov 1998-2002-ci illərdə hüquq-bakalavr pilləsini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin  (Polis) Akademiyasında alıb. Sonradan isə Kaliforniya ştatındakı Dəniz Aspiarntura Məktəbində müdafiə analitikası üzrə təhsil almışdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər